XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2015 - 06:09

Flora Kərimova: “Yenidən yaşasaydım, populyarlığı yox, ailə xoşbəxtliyini seçərdim”

Flora Kerim.jpg

Azərbaycan xalqı təmiz səsi yalnız o vaxt dəyərləndirir ki, bu səslə müğənninin təmiz ruhu arasındakı əlaqəni görür.

Azərbaycanın xalq artisi Flora Kərimova Sputnik-ə müsahibəsində belə deyib. “75 yaş o yaşdır ki, başını çevirib yaşadıgın həyata baxmağı tələb edir,” – deyə müğənni bildirib.

Şəxsi həyatının uğursuz olduğunu etiraf edən xalq artisti deyib: “Əgər yenidən öz həyatımı yaşamaq üçün bir şansım olsaydı, mən ailə xoşbəxtliyinə doğru gedən yolu seçərdim, hətta bu, populyarlığımı itirmək bahasına başa gəlsəydi belə. Mən öz həyatımı tamamilə karyera qurmağa həsr etdim. Bu səbəbdən də şəxsi həyatımı qura bilmədim. Xalqın sevgisini qazandım, lakin ailə qurmaqdan uzaq qaldım. Mənim həyatımda kişilərlə çox münasibət olub, lakin sevgi olmayıb”.

Flora Kərimova üc dəfə evlənib. Birinci əri həyatını itirdi, ikinci və üçüncüdən isə boşanıb. Birinci nikahdan onun Zümrüd adlı qızı var. O, hazırda öz ailəsiylə birlikdə Londonda, müğənni özü isə Bakıda tək yaşayır.

Flora Kərimova sevgi mahnıları oxuyan zaman öz səsi ilə məhz bu çətin qadın taleyinin ağrısını izah edir.