Xalq şairi Söhrab Tahir dünyasını dəyişib.
Bu barədə Azərbaycan Yazıçılar İttifaqının Güney Azərbaycan şöbəsinin nümayəndəsi Sayman Aruz məlumat verib.
Onun sözlərinə görə, şair səhər saat 07:00 radələrində vəfat edib (AzNews.az).
Qeyd edək ki, bir müddət öncə S.Tahirin səhhətində problem yaranmışdı. Şəkər xəstəliyindən əziyyət çəkən şairin iki ayağı amputasiya edilib.
Allah rəhmət eləsin!