XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 May 2016 - 13:48

Meksika səfirliyi komediya filmi göstərəcək:“Keşniş və Cəfəri”

meksika film

Meksikanın Azərbaycandakı  səfirliyi mədəniyyət sahəsində təşkil etdiyi tədbirlərini davam etdirməkdədir.

Səfirlikdən Strateq.az saytına bildiriblər ki, bu dəfə “Keşniş və Cəfəri” adlı Meksika filmini nümayişi olunacaq. Saat 19.00-da “Yarat” Müasir İncəsənət Məkanında baş tutacaq tədbirdə film ingilis dilindəki altyazılarla ispan dilində təqdim olunacaq . Komediya janrına aid olan film evli cütlüyün qarşısına çıxan problemlərlə bağlı bir hekayədən məzəli şəkildə bəhs edir.

Xatırladaq ki, Meksikanın ölkəmizdəki səfirliyinin açılması ilə Azərbaycan ictimaiyyəti bu Latın Amerika ölkəsinin minilliklər mədəniyyətini daha yaxından tanımaq fürsətini əldə edib. Azərbaycan tamaşaçıları  “Varlılar da ağlayır”, “Vəhşi Roza” və “Sadəcə Mariya”nı tanıdığı ilk gündən Meksika dramına olan sevgisini qoruyub saxlamaqdadır.

Keçən il ilk dəfə Bakıda Meksika Kinosu Günləri keçirilib. Səfirliyin digər tədbiri isə müxtəlif, əlaxsus, ispan dilini öyrənən tələbələrin oxuduğu universitetlərdə Meksika filmlərinin nümayişinə həsr olunub.

Strateq.az