XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2016 - 11:40

Bu gün “Eurovision-2016”nınbirinci yarımfinalıdır

Mayın 10-da “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.

Yarımfinal şousu yerli vaxtla saat 00.00-da “Globe” Arenada başlayacaq. Bu şou İsveçin rəsmi yayım hüququ olan “SVT” telekanalı tərəfindən canlı yayımlanacaq.

Birinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışacaq. Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaq.

Azərtac xəbər verir ki, yarımfinal mərhələsində iştirak edən 18 ölkənin ifaçılarının çıxışlarından dərhal sonra 15 dəqiqə ərzində təmsilçilərin səs göndərmək hüququ olacaq.

Yarışmanın qaydalarına əsasən, Azərbaycan ərazisindən birinci yarımfinalda iştirak edən ölkələrə səs vermək olmaz.

Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 14-də “Globe” Arenanın səhnəsində çıxış ardıcıllığı müəyyən olunacaq.