XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

10 May 2016 - 13:38

Səmra Rəhimli bu gün ”Eurovision-2016″daçıxış edəcək

semra-rehimli

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində "Eurovision-2016" mahnı müsabiqəsinin ilk yarımfinalı olacaq.

İlk yarımfinalda həm də Azərbaycan təmsilçisi Səmra Rəhimli çıxış edəcək. "Miracle" (Möcüzə) mahnısını ifa edəcək müğənni səhnəyə 14-cü çıxacaq. O, yarımfinalda səhnəyə qızılı paltarda çıxacaq.

Səhnədə S.Rəhimli ilə bərabər, 4 rəqqas və bir bek-vokalçı olacaq. Azərbaycanlı müsabiqə iştirakçısının çıxışı möhtəşəm pirotexniki effektlə müşayiət olunacaq.

İlk yarımfinalda S.Rəhimlidən başqa, həmçinin Finlandiya, Yunanıstan, Moldova, Macarıstan, Xorvatiya, Hollandiya, Ermənistan, San Marino, Rusiya, Çexiya, Kipr, Avstriya, Estoniya, Çernoqoriya, İslandiya, Bosniya və Herseqovina və Malta iştirakçıları çıxış edəcək.

Qeyd edək ki, müsabiqə ilə bağlı bir maraqlı detalın da üstü açılıb. Belə ki, dünya şöhrətli amerikalı müğənni Castin Timberleykin də "Eurovision" səhnəsində çıxış edəcəyi məlum olub. O, mayın 14-də Böyük finalın fasiləsi zamanı "Can’t stop the feeling!" hitini ifa edəcək.

Report