XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

12 May 2016 - 13:29

“Qaşının üstündən bir yumruq qoymuşam” –Dram Teatrında rejissor baş mühəndisi vurdu

Kino Teatr

Mingəçevir Dövlət Dram Teatrında insident yaşanıb.

Teatrın baş rejissoru Xəzər Gəncəli baş mühəndis Habil Orucovu döyüb. Nəticədə Habil Orucov sifət nahiyəsindən ağır zədələr alıb, huşunu itirib. Teatra təcili tibbi yardım çağırılıb. 

Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Xəzər Gəncəli AzNews.az-a açıqlamasında hadisəni təsdiqləyib: “Habil Orucovun qaşının üstündən bir yumruq qoymuşam. O, həmin zərbədən ciddi zədə almayıb. Habil məni ağır təhqir elədi. Ana-bacı söyüşü verdi. Mən də buna dözməyib vurdum. O yara da artıq sağalıb”. 

X. Gəncəli qeyd edib ki, onlar əlbəyaxa davaya çıxıb: “Habil məndən 15 yaş kiçikdir. O, istəsəydi, məni döyərdi. Bir balaca sözümüz oldu. Bu da mənim işə peşəkar yanaşmağımla bağlıdır. Baxıram ki, işə ciddi yanaşmır. Bir neçə dəfə xəbərdarlıq elədim və onu işində ciddi olmağa çağırdım. İndi hər şey qaydasına düşüb”.

Rejissor bütün bunlara baxmayaraq teatrda iş fəaliyyətini davam etdirdiyini deyib: “Mən olan hadisə ilə bağlı məlumat vermişəm. Yavaş-yavaş tənzimlənir. Heç birimiz şikayət verməmişik. Məsələni öz aramızda həll etmişik”.

Qeyd edək ki, Mingəçevir Dövlət Dram Teatrında baş verən hadisə ilə bağlı ilk məlumatı ölkə.az saytı yayıb.