XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 May 2016 - 11:54

Bu gün “Eurovision-2016”nınfinal şousu olacaq

Bu gün Bakı vaxtı ilə gecə saat 00:00-da “Globe” Arenada “Eurovision-2016” mahnı müsabiqəsinin final şousu başlayacaq.

Azərtac xəbər verir ki, final konsertin açılışında qonaqlara maraqlı şou proqramı təqdim ediləcək.

Sonra Belçika, Çexiya, Niderland Krallığı, Azərbaycan, Macarıstan, İtaliya, İsrail, Bolqarıstan, İsveç, Almaniya, Fransa, Polşa, Avstraliya, Kipr, Serbiya, Litva, Xorvatiya, Rusiya, İspaniya, Latviya, Ukrayna, Malta, Gürcüstan, Avstriya, Böyük Britaniya, Ermənistan təmsilçiləri səhnə şoularını təqdim edəcəklər.

Səsvermə üçün ayrılmış vaxtda səhnədə müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou nümayiş etdiriləcək. Sonra səsvermənin nəticələri elan ediləcək və qalib ölkə təmsilçisinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.