XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

16 May 2016 - 00:45

İranda “Dədə Şəmşir” festivalı keçiriləcək –6 ustad aşıq mükafatlandırılacaq

shemshir-1

Mayın 24-də İranın paytaxtı Tehran şəhərində “Bəharan” mədəniyyət musiqi salonunda Dədə Şəmşirin xatirəsinə həsr edilmiş Beynəlxalq Aşıq Musiqisi Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, İran Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri aşıq Səlcuq Şəhbazinin təşəbbüsü ilə keçiriləcək bu festivalda İranın bütün bölgələrindən, həmçinin, qardaş Türkiyədən, Azərbaycandan, Gürcüstandan aşıqlar dəvət olunub. Aşıq Səlcuq Şəhbazi bildirib ki, dövlət adamları, nazirlər, nazir müavinləri, deputatlar, şəhər rəsmiləri və İrandakı diplomatik korpusların nümayəndələrinin də iştirak edəcəkləri bu festivala hazırlıq 3 aydan çox vaxt aparıb.

Festivalda aşıqların ifasında Dədə Şəmşirin sözləri oxunacaq və 6 ustad aşıq “Dədə Şəmşir” diplomu ilə təltif ediləcək.