XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 June 2015 - 14:08

Mərhum Ceyhun Mirzəyevin həyat yoldaşı vəfat etdi
Azərbaycanın tanınmış aktyoru, məşhur “Fəryad” filminin rejissoru mərhum Ceyhun Mirzəyevin həyat yoldaşı Lidiya Mirzəyeva dünən dünyasını dəyişib.
Bu barədə modern.az saytına kinoşünas Aydın Dadaşov məlumat verib. O bildirib ki, Lida xanımın hüzr mərasimi bu gün saat 12-də Hüseyn Cavid parkının yaxınlığındakı məhəllədə keçiriləcək. Lidiya Mirzəyeva əvəllər ədliyyə sistemində işləyib, baş ədliyyə müşaviri olub.
Xatırladaq ki, Ceyhun və Lidiya Mirzəyevlər 1973-cü ildə ailə qurublar və Cəmilə adlı bir qızları dünyaya gəlib.
Onu da qeyd edək ki, “Fəryad” filmi Ceyhun Mirzəyevin həm rejissor, həm də aktyor kimi son ekran işi olub. O, 1993-cü il martın 5-də (47 yaşının tamamına 1 ay qalmış) vəfat edib.
Allah rəhmət eləsin!