XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

31 May 2016 - 18:00

“Yeddi oğul”dan biri “Mirpaşa”nın 70 illik yubleyikeçirilib

 

mirpasa02

Mayın 31-də Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə görkəmli rəssam, Əməkdar İncəsənət Xadimi Elçin Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Teatr Xadimləri İttifaqında təşkil olunan tədbirdə əvvəlcə qonaqlar unudulmaz sənətkarın həyat və yaradıcılığını əks etdirən sərgiyə baxıblar.

Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemət Elçin Məmmədovun milli teatr sənətinin inkişafındakı xidmətlərindən söz açıb.

Bildirilib ki, çox erkən yaslarında sənətə vurğunluğu ilə seçilən E.Məmmədov Azərbaycanın görkəmli sənətkarları – Xalq artistləri Mehdi Məmmədov və Barat Şəkinskayanın ailəsində dünyaya göz açıb.

Qeyd olunub ki, sənətkarın yaradıcılıq fəaliyyəti paytaxt teatrları ilə yanaşı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt və Mingəçevir teatrlarını da əhatə edərək, sözü gedən sənət ocaqlarında çoxlu sayda əsərlərə maraqlı səhnə tərtibatları ilə yadda qalıb.

Vurğulanıb ki, ölkəmizin nəşriyyatlarında yüzədək kitaba tərtibat verən sənətkar, “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Azərbaycan nağılları” və “Xəyyam” kimi dəyərli rəsm əsərləri yaradıb.

 

mirpasa

Diqqətə çatdırılıb ki, E.Məmmədov rəssamlıqla yanaşı, aktyor kimi müxtəlif illərdə ekranlaşdırılan bir sıra filmlərdə dolğun obrazlar yaradıb. Onun “Yeddi oğul istərəm” filmindəki Mirpaşa və “Dədə Qorqud” filmindəki Qaraca Çoban obrazları milyonlarla tamaşaçı qəlbinə yol tapıb. Bundan əlavə, unudulmaz sənətkarımız “Xəzinə”, “Ağır Şkaf”, “Toya dəvətnamə”, “Çətirimiz buludlardır”, “Dantenin yubileyi”, “Bağlı qapı”, “Qəribə adam” və başqa onlarla filmdə yaratdığı obrazlarla çoxsaylı tamaşaçı sevgisi qazanıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olan Elçin Məmmədov “İblis” tamaşasına verdiyi tərtibata görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb.

Daha sonra çıxış edənlər sənətkar haqqında xatirələrini bölüşüblər.