XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2016 - 12:55

Yaqub Zurufçu prezident İlham Əliyevə müraciət etdi –Bankda batan puluna görə...

yaqub-zurufcu

Əməkdar artist Yaqub Zurufçu prezident İlham Əliyevə müraciət edib.

Əməkdar artist müraciətində bankda batan əmanətlərinin qaytarılması üçün prezidentdən kömək istəyib: “Amerika Birləşmiş Ştatlarından vətənimizə köçmüşəm. Bakıya gələndə əlimdə olan 250 000 dollar məbləği "Royal Bank"a əmanət qoydum. Bank bağlandıqdan sonra qoyduğum əmanət də bankda həbs olundu. Bakıda qərib olduğumdan və heç bir yerdə işləmədiyimdən maddi durumumu da heç kəsə deyə bilmərəm. Məsələylə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmişəm, amma heç bir nəticəsi olmayıb. Xahiş edirəm bu məsələyə diqqət göstərəsiniz”.

AzNews.az