XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2015 - 07:05

Ramiz Quliyevə orden verildi – Yazıçı Anar təqdim etdi (FOTO)

ramiz-tarzen.JPG

Azərbaycan Respublikasının xalq artisti, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, Dövlət Mükafatı Laureatı, professor, “Şöhrət” ordenli tarzən Ramiz Quliyev “Alman-Azərbaycan” Cəmiyyətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif olunub.

Strateq.az-a verilən məlumata görə, bu il 25-lik yubileyini qeyd edən cəmiyyətin bu mükafatı Azərbaycan və Almaniya mədəni əlaqələrinin inkişafında xüsusi xidmətləri olan görkəmli incəsənət və elm xadimlərinə təqdim olunur.

Professor, tarzən Ramiz Quliyevlə bərabər bu ordenə tanınmış alman dirijoru, Qut-İmmlinq Opera Festivalının bədii rəhbəri, Azərbaycanın yaxın dostu olan Korneliya fon Kersenbrok da layiq görülüb.

Təqdimat mərasimində ordeni tarzən Ramiz Quliyevə Azərbaycan Yazıçılar Birliyinin sədri, görkəmli yazıçı Anar təqdim edib.

Təqdimat mərasimindən sonra professor Ramiz Quliyev və tanınmış ifaçıların iştirakı ilə maraqlı konsert proqramı dinləyicilərə təqdim olunub.

Konsertin sonunda “Alman-Azərbaycan” cəmiyyətinin sədri, tanınmış ictimai xadim, professor çingiz Abdullayev mükafat sahiblərini təbrik edərək, onlara yeni uğurlar arzulayıb.