XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 19:23

Azərbaycan musiqiçiləri beynəlxalq festivalda –"Astana Axşamları"nda "Cəngi" sədası

cengi

“Cəngi” estrada folklor ansamblı Qazaxıstanın Astana şəhərində keçirilən “Astana Axşamları” beynəlxalq festivalında iştirak edib.

Strateq.az xəbər verir ki, sayca X yubiley festivalının bağlanış günündə Astananın möhtəşəm Sülh və Əmin-Amanlıq Sarayında keçirilən konsertdə “Cəngi” qrupu Qazaxıstan tamaşaçıları və festivalda iştirak edən qonaqlar üçün Azərbaycan muğam və cazın sintezindən ibarət musiqi parçaları ifa edib, səhnəni Qazaxıstanlı ifaçılarla da paylaşıblar.

Azərbaycanlı musiqiçilərin ifasını konsert zalında 800-ə yaxın tamaşaçı izləyib.

Xatırladaq ki, “Astana Axşamları” beynəlxalq festivalı Qazaxıstanın “Deqdar” humanitar fondu tərəfindən JTI şirkətinin dəstəyi ilə hər il keçirilir.

1-7 iyun tarixlərində keçirilən builki festivala ABŞ, Almaniya, Rusiya, Belarus, Qazaxıstan və Azərbaycan musiqiçiləri qatılıblar. 2014-cü ildə Azərbaycan muğam ifaçıları da JTI şirkətinin dəstəyi ilə bu festivalda iştirak edib. Bu il isə Azərbaycan musiqiçilərinin festivalda iştirakı “Deqdar” fondu ilə Beynəlxalq Muğam Mərkəzinin əldə etdiyi razılaşma əsasında mümkün olub.

“Cəngi” estrada folklor ansamblı 1992-ci ildə məşhur cazmen, pianoçu və bəstəkar, Azərbaycanın xalq artisti Rafiq Babayev tərəfindən yaradılıb. Ansambl muğamı müxtəlif musiqi növləri – caz, rok və s. ilə sintez şəklində təbliğ edir. İndiyədək ansambl Fransa, Norveç, ABŞ və Türkiyədə Azərbaycan musiqisini təmsil edib. Ansamblın bədii rəhbəri Mircavad Cəfərovdur.