XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 07:24

Hollivud Mövlanə haqqında film çəkəcək:Rumi rolunu Leonardo Di Kaprio oynayacaq

movlane

Hollivud ssenaristi və prodüsseri Devid Franzoni keçən həftə İstanbula səfərindən sonra  onun məşhur sufi şairi Mövlanə Cəlaləddin Rumi haqqında bioqrafik film çəkəcəyi barədə dedikləri KİV-də böyük rezonans verdi.

Franzoni hətta Mövlanə rolu üçün Oskar mükafatlı aktyor Leonardo Di Kaprionu və Ruminin gerçək həyatda ən yaxın dostu Şəms Təbrizlinin roluna Robert Douneyi çəkməyi düşündüyünü bildirib.

“Amistad” (1997) və “Gladiator” (2000) filmləri ilə tanınan Franzoni “Guardian” qəzetinə deyib ki, o keçən həftə mövlanəşünas alimlərlə danışmaq üçün İstanbula və qəhrəmanı Ruminin qəbrinin olduğu Konyaya gedib: “O Şekspirə bənzəyir, onun nəhəng istedadı və öz yaşadığı cəmiyyətdə böyük nüfuzu olub, bu günün özündə də onun şərq cəmiyyətinə təsiri açıq sezilir. Şərq insanı üçün o həmişə dəyər daşıyıcısıdır”.

Digər tərəfdən qərb kinosunda müsəlman surətləri necə gəldi təsvir etmək ənənəsinə qarşı Twitterdə #Rumiwasntwhite (#Rumiağdərilideyildi) haştaqı yaradılıb. Haştaqı yaradanlar Ruminin ağbəniz DiKaprio tərəfindən deyil, qarayağız bir aktyor tərəfindən canlandırılması gərəkdiyini deyirlər.