XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 14:47

“Rəngin Simfoniyası” Şamaxıya gəlir

 

rengin-simfoniyasi

Şamaxı Rayon Mədəniyyət Mərkəzində meksikalı rəssam Marqarita Moralesin “Rəngin Simfoniyası” adlı sərgisinin açılış mərasimi baş tutub.

Meksikanın şimalından olan bu rəssamın əsərləri artıq Bakı, Gəncə, Mingəçevir və Qəbələ şəhərlərində nümayiş olunub. Qeyd olunan sərgilərin həyata keçirilməsi Meksikanın Azərbaycandakı səfirliyinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və yerli İcra Hakimiyyəti orqanları ilə əməkdaşlığın əsasında mümkün olub.

Meksikanın ölkəmizdəki səfirliyindən “Strateq.az”a bildiriblər ki,  səfirlik bu il ölkə mədəniyyətinin müxtəlif sahələri (musiqi, kino, rəssamlıq, mətbəx və s.) ilə bağlı tədbirlərlə fəaliyyətinin ikinci ildönümünü qeyd edir. Bu iki ildə Azərbaycan ictimaiyyəti Meksika ənənələrini daha yaxından tanımaq fürsətini əldə edib. Belə ki, Bakıda ilk dəfə olaraq Meksikanın Müstəqillik Günü, Tekila və Mezkal Festivalları və “Ölülər Günü” qeyd olunub. Bununla da, ölkələr arasında məsafəyə baxmayaraq, hər iki xalq qarşılıqlı olaraq daha da yaxınlaşıb.

Strateq.az