XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 17:04

Əbülfəs Qarayev BMT İnkişaf Proqramının rəhbəri ilə görüşüb –FOTOLAR

ebulfes

Məlum olduğu kimi, nazir Əbülfəs Qarayev 28 iyun-1 iyul 2016-cı il tarixində Nyu York şəhərində səfərdədir.

Mədəniyyət və Turizm Nazirliyindən Strateq.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Əbülfəs Qarayev BMT İnkişaf Proqramının (UNDP) rəhbəri Helen Klark tərəfindən qəbul edilib.

Görüşdə UNDP ilə Azərbaycan arasında əməkdaşlıq, xüsusilə mədəniyyət və turizm sahəsində davamlı inkişafın dəstəklənməsi perspektivləri müzakirə olunub. Nazir turizm menecmenti, turizm informasiya mərkəzlərinin açılması məqsədi ilə Bakıdakı UNDP ofisi ilə sıx əməkdaşlıq edildiyini qeyd edib.

H.Klark cari ilin aprel ayında Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə keçməsi münasibəti ilə naziri təbrik edərək Forumda müzakirə olunmuş məsələlərin BMT-nin qəbul etdiyi Davamlı İnkişaf Gündəliyinə uyğun olduğunu deyib.

H.Klark həmçinin 2014-cü ildə Azərbaycan səfər etdiyini, ölkə rəhbərliyi tərəfindən qəbul edildiyini xatırladaraq Azərbaycanın müasir inkişafının onda xoş təəssurat yaratdığını bildirib.

UNDP ilə birgə turizm vasitəsi ilə davamlı inkişafa nail olmaq istiqamətində xüsusi ilə də 2017-ci ilin BMT tərəfindən elan edilmiş “Davamlı Turizm Beynalxalq ili” çərçivəsində birgə layihələrin keçirilməsində maraqların olduğunu qeyd etdi. Həmçinin nazir BMT rəsmisinin diqqətinə çatdırdı ki, Ermənistanın Azərbaycan torpaqlarının işğal altında saxlaması və bu münaqişə ölkəmizin eləcə də regionunun inkişafı və təhlükəsizliyi üçün ciddi maneədir.

Yekunda nazir Əbülfəs Qarayev H.Klarkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.