XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

01 İyul 2016 - 16:32

Tanınmış şairdən səhhəti ilə bağlı açıqlama:"Şükür ki, indi yaxşıyam"

musa-yaqub

"Mənim səhhətimdə əvvəldən problem var idi, yenə də həmin şeylərdir".

Bu sözləri tanınmış şair Musa Yaqub səhhəti ilə bağlı danışarkən deyib.

O, evdə müalicə aldığını deyib:"Hazırda İsmayıllı rayonunun Buynuz kəndində, öz evimdəyəm. Bir neçə gün əvvəl böyrəyimdə problem yaranmışdı. Ancaq şükür ki, indi yaxşıyam. Bir də hərdən təzyiqim məni narahat edir. Həkimlər dərman yazıblar, müalicəmi davam etdirirəm".

Qeyd edək ki, Musa Yaqub 1937-ci il mayın 10-da Buynuz kəndində anadan olub. O, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli simalarından biridir.

Axar.az