“Bakıdan başqa bütün şəhərlər təhlükəlidir”.
Bunu Əməkdar artist, tanınmış cazmen Cavan Zeynallı deyib.
O, terror təhlükəsi səbəbindən heç bir ölkəyə səyahət etməyəcəyini deyib: “Hazırda Bakıdayam və öz evimdə istirahət edirəm. Çünki yaşayıb bu həyatdan doymaq istəyirəm. Ən sakit yer Bakıdır. Bu yay heç bir ölkəyə getməyəcəyəm. İnsanlar dəyişib, hamı bir-birini öldürür. Son vaxtlar yaxın ölkələrdə terror hadisələri çoxalıb. Ona görə də Bakıdan çıxmaq lazım deyil. Bütün həmkarlarıma deyirəm, yaşamaq istəyirsinizsə heç bir ölkəyə getməyin”.
AzNews.az