Ukrayna Prezidenti Petro Poroşenko bu gün Bakıya səfəri çərçivəsində görkəmli şair Taras Şevçenkonun Bakıda ucaldılmış abidəsini ziyarət edib.
Ukrayna dövlətinin başçısı görkəmli şairin xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub.
Burada Prezident Petro Poroşenko Azərbaycandakı Ukrayna diasporunun nümayəndələri ilə səmimi söhbət edib, onlarla xatirə şəkli çəkdirib.