XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

28 İyul 2016 - 17:30

Əbülfəs Qarayev Britaniyalı qonaqlarla görüşdü –FOTO

ebulfes-nazir-

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyi və Avropa-Azərbaycan Cəmiyyətinin birgə təşkilati dəstəyi ilə 2016-cı ilin 26-30 iyul tarixində Bob Bləkmənin rəhbərliyi ilə Britaniya Parlamentinin Azərbaycan Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir.

Mədəniyyət və Turizm Nazirliyindən Strateq.az-a verilən məlumata görə, ölkəmizə səfər çərçivəsində nümayəndə heyəti mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Azərbaycan xalqının qonaqpərvərliyini, ölkəmizdə turizm sənayesinin inkişafını və davam edən iqtisadi inkişaf nəzərə alaraq, Azərbaycanda turizmin inkişafı üçün geniş imkanlar olduğunu bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdəki mədəniyyət abidələri və obyektlərinin dağıdılması barədə söz açan nazir münaqişəni Azərbaycanın turizm məkanı kimi təbliği və inkişafına maneə törədən fakt kimi qiymətləndirib.

Parlamentarilər tərəfindən səmimi qəbula görə minnətdarlıq bildirildi, həmçinin Böyük Britaniya və Azərbaycan arasında mədəniyyət və turizm sahələrində mövcud əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.