XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 August 2016 - 16:35

“Harry Potter”:8-ci kitab çapdan çıxdı

Dünya şöhrətli yazıçı Joanne Rovlingin “Harry Potter” seriyasından növbəti səkkizinci kitabı olan “Harry Potter və lənətlənmiş uşaq” (Harry Potter and the Cursed Child) satışa çıxarılıb.

Azərtac BBC-yə istinadla xəbər verir ki, Britaniyanın məşhur “Waterstones” kitab şəbəkəsi 140-dək kitab mağazasında yeni nəşrə həsr olunmuş gecə keçirib. Dünyanın müxtəlif ölkələrindəki kitab mağazaları “Harry Potter” seriyasından olan yeni kitabın satışı üçün gecə rejimində işləyib.

“Waterstones” mağazasının rəsmisi BBC-yə açıqlamasında deyib: “Bu kitabla bağlı öncədən aldığımız sifarişlər altı rəqəmli ədəddir. "Harry Potter" seriyasından çıxmış sonuncu kitabdan sonra biz belə satış rekordları müşahidə etməmişdik. Ümid edirik bu, bizim ən çox satılan kitabımız olacaq”.