XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

18 Avqust 2016 - 15:56

Necati Şaşmaz “Darbe” üçün 2 ay əvvəl müraciət edib –Türk Patent İnstitutu təsdiqlədi

Kurtlar-Vadisi-Darbe-Pana-Film
Necati Şaşmazın sahibi olduğu Pana Film şirkətinin “Kurtlar Vadisi Darbe” filmi üçün Türk Patent İnstitutuna etdiyi müraciət rədd edilib.

  “AzPolitika”nın məlumatına görə, Türkiyənin “Milliyət” qəzetinin yazarı Əli Eyüboğlu bugünkü yazısında şirkət ətrafında baş verən hadisələrə yer verib: “Bir çox insan kimi mən də Pana Filmin “Kurtlar Vadisi Darbe”nin patentini aldığını bilirdim. Çünki sosial mediada buna dair sənəd yayılmışdı. O sənədə istinad edərək yazdığım “Necati Şaşmaz “darbenin” patentini 2 ay əvvəl aldı” başlıqlı yazıya görə Ankaradan bir zəng gəldi” – deyə Eyüboğlu bildirib.

Tanınmış yazar daha sonra Türk Patent İnstitutunun rəhbəri Habip Asanın ona zəng edərək verdiyi açıqlamanı yazır: “Əli bəy, yazınızı oxudum. Bir məsələ barədə açıqlama vermək üçün birbaşa özüm zəng edib danışmaq istədim. Pana Filmin “Kurtlar Vadisi Darbe” üçün patent istəyini dünən rədd etdik. Yazınızda istinad etdiyiniz sənəd, şirkətin 24 may 2016-cı il tarixində bizə etdiyi müraciəti göstərir. 15 iyulda yaşadığımız hərbi çevrilişə cəhddən sonra “15 iyul” və buna oxşar patent istəkləri də olub. Bildiyiniz kimi Türkiyədə fövqəladə vəziyyət var. Buna görə də şirkət qurumları xaricində heç bir müraciətə baxmırıq. Onlayn rejimdə olan patent istəkləri ilə bağlı dəyərləndirmə və gözləmə prosesləri var. “Kurtlar Vadisi Darbe” ilə bağlı müraciəti baxılmadan rədd etdik”

Əli Eyüboğlu yazısını belə tamamlayır: “Türk Patent İnstitutunun rəhbərinə verdiyi məlumat üçün təşəkkür edirəm. Necati Şaşmaza isə cavabı maraq doğuran bu sualı bir daha xatırlatmaq istəyirəm: Pana Filmin 2 ay əvvəl patent üçün müraciət etdiyi “Kurtlar Vadisi Darbe” ilə üç gün əvvəl “izləyicilərdən gələn çoxsaylı müraciətdən sonra çəkməyə qərar verdik” – deyə açıqladığınız filmin ssenarisi eynidirmi?”