XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 August 2016 - 14:27

Məşhur italiyalı opera müğənnisi vəfat etdi

denis

Məşhur italiyalı opera müğənnisi Daniela Dessi şənbə günü 60 yaşında vəfat edib.

“RİA Novosti’ agentliyinin verdiyi məlumata görə, D. Dessi gözəl səsi ilə bərabər, parlaq aktyor istedadına malik olub.

D. Dessi 14 may 1957-ci ildə Genuyada anadan olub. İlk mükafatını 1980-ci ildə İtaliya Dövlət Televiziyasının təşkil etdiyi beynəlxalq müsabiqədə qazanıb. Müğənninin repertuarında 60-dan çox opera olub. D. Dessi dünyanın ən yaxşı opera teatrları – Milandakı “La Skala”, Nyu-Yorkdakı “Metropoliten-opera” və Berlindəki “Alman operası” ilə əməkdaşlıq edib. 

APA