İran Aşıqlar Birliyi (İAB) “Dədə və Haqq aşıqlarının 1-ci festivalı” adlı tədbirı keçirir.
Birliyin sədri Səlcuq Şahbazinin Strateq.az-a verdiyi məlumata görə, İAB-ın İran İslam Respublikasının Mədəniyyət Nazirliyinin Miyandab şöbəsi ilə birgə keçirilməsi nəzərdə tutulan bu festival sentyabrın 3-də İranın Qərbi Azərbaycan Vilayətində baş tutacaq. Həmin tədbirdə Tufarqanlı Aşıq Abbasın yaradıcılığı da festivala çıxarılacaq.
Birliyin sədri Səlcuq Şahbazinin bildirdiyinə görə, İAB keçirdiyi ilk bu festivalı ilə tarix yazacaq və bunu böyük uğur hesab etmək olar:
“Bunu Azərbaycan aşıq sənətinin nailiyyəti hesab edirəm. Bu. Həm də dədə ozanlarımızın ruhunu sevindirən bir tədbirdir. Mən buna görə saz-söz dünyasına və bütün aşıqlara göz aydınlığı verirəm. Türk dünyasının tanınmış saz-söz adamları dıvət olunub və bu məqsədlə dövlətlərə dəvət məktubları göndərilib. Tədbirdə İranla yanaşı, Azərvaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Dağıstan aşıqları da iştirak edəcək”.