XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

26 Avqust 2016 - 18:20

“Zeynəb Xanlarova Flora Kərimovanın ittihamından xəbərsizdir” –Köməkçisindən qalmaqala reaksiya

zeyneb

“Xalq artisti, deputat Zeynəb Xanlarova Flora Kərimovanın ittihamından xəbərsizdir. Özü hazırda xaricdədir”.

Bunu Modern.az-a açıqlamasında Zeynəb Xanlarovanın köməkçisi Maral Bayramova deyib.

Onun sözlərinə görə, Zeynəb Xanlarova lazım biləcəyi təqdirdə, ittihamlara cavab verəcək.

M.Bayramova deputat-müğənninin adından əlavə heç nə deyə bilməyəcəyini vurulayıb.

Qeyd edək ki, xalq artisti Flora Kərimova “Bizimyol.info”ya açıqlamasında Zeynəb Xanlarovanın səsinin olmadığını bildirib.

“Zeyəb Xanlarovanın sənəti, səsi varmı ki, oxusun? Sənətdə olmasına görə o, Ələkbər Tağıyevə borcludur… Sadəcə o elə şeylər etdi ki, vəziyyət onun xeyrinə dəyişdi. Ona çörəyi verən verib. Zeynəb Xanlarova hələ də o çörəyi yeyir”.