XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2016 - 10:51

Tanınmış rəssam Sürəyya Muğanlı: “Dahi Leonardo da Vinçinin anası Azərbaycan türkü olub”

vinci

Tanınmış rəssam Sürəyya Muğanlının iddiasına göerə, otra əsrlər Avropa İntibahının məşhur təmsilçsi Leonarda da Vinçinin anası Azərbaycan türkünün qızı olub. Sənətçinin Strateq.az-a bildirdiynə görə, kanadalı araşdırmaçılar bir müddət əvvəl bu yöndə təkzibolunmaz faktlar ortalığa qoyublar.

Araşdırmaya görə, Vinçinin anası Katerina (“Katerina” adı qul qadınlarına verilən ümumi addır) sadə bir qul qadın olub. O, Konstantinopol – indiki İstanbul bazarında dahi rəssamın gələcək atası Peuro Foruosinə satılıb. Notarius işçisi olan Puerodan da Vinçi dünyaya gəlib. Azərbaycanlı anası dahi rəssamın həyatında əsl tərbiyə məktəbi olmuşdur. İndi bu azərbaycanlı qadının satınalma vərəqəsi axtarılır. Vinçinin əsərlərindən məlum olur ki, o, anasının doğulduğu Azərbaycana gəlməyə də imkan tapıb. Dahi rəssam  Vinçinin Türkiyənin maliyyə naziri Sultan II Bəyazidə ünvanladığı məktublarından birində hətta islam dininə olan etiqadından da bəhs olunmuşdur.

Sürəyya xanımın sözlərinə görə, bir zamanlar Azərbaycan mediasında bu mövzuya toxunulub, lakin yerli tədqiqatçılar bu maraqlı mövzuya hələ də laqeyd yanaşırlar: “Saytınız vasitəsilə bu mövzunu bir daha gündəmə gətirməkdə əsas məqsədim tarix və mədəniyyətimizə münasibətdə daşlamış beyin və qəlbləri hərəkətə gətirməkdir”.