Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, festival zamanı 25-30 avqust tarixlərində “Azərbaycan günü” elan ediləcək.
Bir həftə ərzində Dövlət Rəqs Ansamblının, Qədim Musiqi Alətləri Ansamblının, bir pianoçunun, iki nəfər opera müğənnisinin və Qəbələ şəhərinin iki nəfər saz ifaçısının mədəniyyət proqramı ilə çıxışları gözlənilir.
Bununla əlaqədar olaraq, Azərbaycan və Koreya arasında mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi və milli musiqi mədəniyyətimizin xaricdə təbliği məqsədilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblının 13 nəfərdən ibarət üzvü 18-27 avqust tarixində Gyeongju şəhərinə səfər edəcək.
Qeyd edək ki, festivalda Gyeongju şəhəri ilə Qəbələ şəhəri arasında qardaşlıq memorandumunun da imzalanması planlaşdırılır.