XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2016 - 17:13

“Xəmsə” özbək dilində çap edilib

x%c9%99ms%c9%99

 Nizami Gəncəvinin “Xəmsə”si özbək dilində çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, nəşr Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində işıq üzü görüb.

Kitabın tərcüməçisi şair Olimcan Buriyevdir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi çap olunan kitab “İstiqlol nuri” nəşriyyatında çapdan çıxıb.

Kitabın redaktoru və ön sözün müəllifi akademik Aziz Kayumovdur.

Yeni nəşr Özbəkistanın elmi və tədris müəssisələrinə, kitabxanalara paylanılacaq.  (APA)