XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2016 - 10:36

Saatlıda nadir tapıntı – mis qazanın qulpunda  qədim türk əlifbası ilə yazı aşkarlanıb

qazan

 

Saatlı rayon tarix-diyarşünaslıq Muzeyinin fondundakı ekponatlardan birinin üzərində qədim türk (Orxon-Yenisey) əlifbası ilə yazı aşkarlanıb. Muzeyin direktoru, respublikanın tanınmış rəssamı Sürəyya Muğanlının Strateq.az-a verdiyi məlumata görə, sözügedən yazı qədim mis qazanın qulpu üzərindədir.  Onun sözlərinə görə, bu nadir tapıntı rayonun Cəfərxan kəndi yaxınlığında şum aparılarkən kənd sakinləri tərəfindən aşkarlanıb. Kənd sakini ondan əvvəlcə məişət əşyası kimi istifadə edib və sonralar Saatlı muzeyinə bağışlayıb.

qaz

Sürəyya Muğanlı deyir: “Özüm peşəkar rəssam olduğumdan bilirəm ki, qulpun üzərinədki naxışlar təsviri xarakterdə, yəni bəzək üçün deyil və daha çox qədim türk yazılarına bənzəri var. Buna görə də uyğun mütəxəssislərin araşdırması və rəyinə ehtiyac var”.