XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2016 - 19:20

“Erməni cinayətləri ermənilərin dilindən” sənədli filmin təqdimatı oldu –Açıqlama

qafaq-caxmaqli-ted

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası" İB tərəfindən hazırlanmış 40 dəqiqəlik “Erməni cinayətləri ermənilərin dilindən” adlı sənədli filmin təqdimatı keçirilib.

Strateq.az xəbər verir ki, filmin ideya müəllifi, professor Qafar Çaxmaqlı tədbiri açaraq, ermənilərin öz dillərindən törədilən cinayətlərin etirafının əhəmiyyətindən bəhs edib.

Deyib ki, filmdə son 100 ildən artıq bir dövrdə ermənilər tərəfindən törədilən cinayətlər və bu cinayətlərin onların özləri tərəfindən etirafı yer alıb.