XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2016 - 11:50

Rasim Balayev Tarik Akanla çəkdirdiyi məşhur fotodan danışdı:“Ora getdim...”

akan-rasim

Azərbaycanın xalq artisti Rasim Balayev bir neçə gün öncə dünyasını dəyişmiş məşhur türk aktyor Tarık Akan haqda danışıb.

Ölkə.Az-a açıqlama verən sənətkar T.Akanla olan məşhur fotosunun tarixçəsi haqda da danışıb:

"Tarık Akanla olan həmin foto 1976-cı ildə Daşkənddə festivalda çəkilib. Sovet dövründə həmin festival hər il keçirilirdi. Cüt illər Daşkənddə, tək illər isə Moskvada keçirilən festivala Asiya, Afrika və Latın Amerikası ölkələri gəlirdilər. Ən azı 80 ölkədən nümayəndələr olurdu. 1976-cı ildə biz də rəhmətlik Həsən Məmmədovla o festivalda iştirak edirdik. Həmin vaxt mən Azərbaycanda, Tarık isə Türkiyədə çox məşhur idi. Hətta deyərdim ki, Tarık mehmanxananın dəhlizinə çıxa bilmirdi. Yəni o səviyyədə məşhur idi, tanınırdı. Allah ona hər şey vermişdi-boy-buxun, istedad. Tarıkın boyu 192, mənim boyum 183 idi. Həmin festivaldan sonra mən Türkiyədə iki filmə çəkildim. Bir dəfə görüşmək istədim. "Yeşilçam" aktyorlarının Beyoğlunda yığışdığı bir yer var. Ora getdim, dedilər ki, Almaniyadadır. O vaxt da mobil telefon yox idi axı. Nəysə, onunla görüşmək qismət olmadı. Ümumiyyətlə, öz fikri olan adam idi. O vaxt prezident olan Kenan Evren haqda tənqidi fikirlər səsləndirdiyinə görə həbs edilmişdi".

Xatırladaq ki, Tarık Akan sentyabrın 16-da xərçəng xəstəliyindən vəfat edib.