XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2016 - 12:36

Beynəlxalq şeir və ədəbiyyat festivalı keçiriləcək- İstanbulda

Sentyabrın 28-də İstanbulda 9-cu Beynəlxalq İstanbul şeir və ədəbiyyat festivalı keçiriləcək.

Anadolu agentliyinin məlumatına görə, festivalda 20-dək ölkə iştirak edəcək. Festival çərçivəsində bir sıra ədəbi tədbirlər təşkil olunacaq. Bu il ilk dəfə dünyanın bir sıra povest, roman və uşaq ədəbiyyatı yazıçıları da festivala qatılacaq.

Festival çərçivəsində dünyanın ən məşhur yazıçı və şairlərinin kitab təqdimatları da nəzərdə tutulur.

Builki festival U.Şekspirin anadan olmasının 400 illiyi və Türkiyənin məşhur mütəfəkkiri Cəmil Meriçin anadan olmasının 100 illiyinə həsr olunacaq.