XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2016 - 11:30

“Toy müğənnnilərini ölkədən çıxarmaq lazımdır” –Deputatdan Vergilər Nazirliyinin qərarına reaksiya

fazil-esas

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi xeyli müğənninin vergi borcu olmasını əsas gətirib, ölkədən çıxmalarına məhdudiyyət tətbiq edib.

Strateq.az xəbər verir ki, bununla bağlı fikirini açıqlayan millət vəkili Fazil Müstafa yarızarafat deyib ki, Vergilər Nazirliyinin bu qərarını anlamaqda çətinlik çəkir:

"Fikrimcə, vergi borcu olan müğənnilərin ölkədən xaricə getməsinə qadağa qoyulması vəziyyətdən çıxış yolu deyil. Bəlkə vergi borcu olan müğənniləri təmtəraqla, Dövlət simfonik orkestrinin müşayəti ilə, ciblərinə də yüngülvari xərclik qoyub ölkədən çıxarmaq daha məsləhətdir. Bundan sonra da çıxarılanların bir daha ölkəyə qayıtmasına qadağa qoyulması Azərbaycan xalqına edilən ən böyük yardım olmazdımı? 

Təsəvvür edin ki, toy müğənnilərinin çoxu ölkədən çıxarılıb və geri qayıda bilməyib, o zaman hər gün qarşılaşdığımız bu vəhşi toy adətlərində çəki-düzən yaratmaq üçün nələr etmək olmazdı?".

Deputat deyir ki, onsuz da toylarda zəhlətökən səsgücləndiricidən fonoqramla oxunan mahnını eşidən yoxdur, əksəriyyət də musiqini deyil, öz bacardığını oynayır, israfçılıq da baş götürüb gedir:

"Artıq toyun müğənnisi olmayanda daha rahatlıqla və az məsrəflərlə bir yeni ailənin qurulmasına şahidlik etmək imkanımız yaranacaq. Bu zaman həm də toy sahibi "şadlıq evinin pulunu necə verəcəyəm" bədbəxtliyindən, "iki gəncin xoşbəxtliyi, maddi rifahi üçün nələr etməliyəm" barədə düşünə biləcəkdir.

Allah hamının ocağında toy, düyün, xeyir işlər qismət etsin, ancaq bu gün Şadlıq evlərində keçirilən toylar "Toy mafiyasının" onsuz da çətin şərtlərdə yaşayan Azərbaycan insanına sırıdığı vəhşilikdən, israfçılqdan, səhhət pozuntusundan başqa bir şey deyldir. Müğənnilərlə məsələ düzəlsəydi, nə vardı ki…İnsanları gör nə vəziyyətə gətiriblər ki, Azərbaycanda xurafat və cəhalət əleyhiinə olanlar belə, səbrsizliklə Məhərrəm ayının gəlişini gözləyirlər…".