XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2016 - 16:44

Nazirlər Kabinetinin səlahiyyəti azaldılır –Daha bir qanuna dəyişiklik

nazirler-kabineti

"Mədəniyyət haqqında" qanuna dəyişiklik edilir.

Strateq.az trend-ə istinadən bildirir ki, nəzərdə tutulan yeni dəyişiklikdə 24,4-cü maddənin qanundan çıxarılması təklif edilir.

Həmin maddəyə görə, peşəkar yaradıcılığın meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Prezidentinin Fərmanına əsasən, həmin qanunun 24.4-cü maddəsinə uyğun olaraq, peşəkar yaradıcılığın meyarlarını müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabinetinə tapşırılmışdı.