XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2016 - 23:26

Bakıda VII Avropa filmfestivalı keçiriləcək

Noyabrın 3-də Bakıda VII Avropa film festivalı keçiriləcək.

Builki film festivalında Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Belçika, Birləşmiş Krallıq, Çexiya, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Macarıstan, Portuqaliya, Rumıniya və Yunanıstanı təmsil edəcək rejissorların ekran əsərləri təqdim olunacaq.

Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və ittifaqa üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Noyabrın 12-dək davam edəcək festival çərçivəsində tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında bədii filmlərlə yanaşı, həm də animasiya və sənədli ekran əsərləri də təqdim olunacaq.

Qeyd edək ki, festival çərçivəsində nümayiş olunacaq filmlərin adları yaxın günlərdə müəyyənləşəcək(azərtac).