XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2016 - 18:09

Əflatun Amaşov Dünya Mətbuat Şuraları Assosiasiyasının toplantısında! –FOTO

eflatun-amasov1-dunya-jurn

Şimali Kipr Türk Cümhuriyyətində iki gün davam edəcək (oktyabrın 2-si və 3-ü) Dünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçirilir.

Strateq.az xəbər verir ki, tədbirdə Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da iştirak edib.

Toplantıda birliyə üzv ölkələrin Mətbuat Şuralarının ötən müddətdə həyata keçirdiyi işlər barədə hesabatı dinlənilib.

MŞ sədri Ə.Amaşov bu bölümdəki çıxışında rəhbərlik etdiyi qurumun 2015-ci il və 2016-cı ilin oktyabrınadək müddətdə şikayətləri araşdırması təcrübəsindən söz açıb.

Ə.Amaşov bildirib ki, MŞ şikayətlərin araşdırıb öz qərar və rəyini qəbul edərkən, yalnız şikayətçi tərəfin pozulan hüquqlarının bərpasını deyil, eyni zamanda, ümumən söz və ifadə azadlığından sui-istifadənin yolverilməzliyini rəhbər tutur.

Cəmiyyətdə söz və ifadə azadlığı prinsiplərinin dərinləşməsinin vacibliyini vurğulayan Ə.Amaşov əlavə edib ki, Şura ilk növbədə kütləvi informasiya vasitələrinin və ayrı-ayrı jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması məsələlərinə diqqət yetirir. Bu məqsədlə qurum müxtəlif kütləvi aksiyalarda jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparmaqdadır.

Qeyd edək ki, toplantının müxtəlif panellərində dünyada söz və ifadə azadlığının vəziyyəti, internet media ilə bağlı tənzimləmə mexanizmləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.