XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2016 - 16:06

Xədicə İsmayılın apellyasiya şikayəti təmin edilmədi –Məhkəmə prosesi

xedice-11

Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə jurnalist Xədicə İsmayılovanın barəsində qanunsuz sahibkarlıqla əlaqədar maddənin ləğv olunması ilə bağlı verdiyi şikayətə baxılıb.

Prosesdə şikayət təmin edilməyib.

Qeyd edək ki, X. İsmayıl 2014-cü ilin dekabrında mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

X.İsmayıl hökmdən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Ali Məhkəmənin 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verilib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb. Sonra X.İsmayıl onun barəsində CM-nin 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilməsi ilə bağlı şikayət ərizəsi verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə jurnalistin üzərindəki şərti cəzanın müddəti 3 il 6 aydan 2 il 3 aya endirilib. Həmin qərardan narazı qalan X.İsmayılın müdafiəçisi Fariz Namazlı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Trend.az