XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2016 - 16:51

AzTV-dən Ukrayna üzrə müxbirinin oğurlanma xəbərinə reaksiya:Jurnalist işinin başındadır”

aztv-kanal-loqo

AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Möhsüm Aslanov haqqında son günlər bəzi informasiyalar yayılıb.

Həmin informasiyaların mərkəzində jurnalistin oğurlanması dayanır. Guya jurnalisti oğurlaya bilmədiklərinə görə Ukraynada yaşayan soydaşlarımızı oğurlayıblar. Digər tərəfdən, guya, yayılan məlumatlar həqiqəti əks etdirdiyindən, jurnalist işindən azad edilib.

“Azərbaycan Televiziya və Radio Veilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova Modern.az-a açıqlamasında yayılan informasiyaların əsassız olduğunu deyib: “Möhsüm Aslanovun haqqında yayılanların hamısı iftiradır. Elə bir şey yoxdur. Jurnalist işinin başındadır”.

Qeyd edək ki, Möhsüm Aslanov, şəxsi Facebook səhifəsində haqqında yazılanların böhtan və iftira olduğunu bildirib.