XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

27 Oktyabr 2016 - 16:23

“Azəriqaz”ın mətbuat xidmətinin sabiq rəhbərinə yeni vəzifə verildi –Universitetdə!

araz-agayev-jurnalist

"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəhbəri Araz Ağayevə vəzifə verilib.

A.Ağayev bu barədə şəxsi "Facebook" səhifəsində yazıb:

"Hörmətli KİV nümayəndələri, dəyərli həmkarlar!

Nəzərinizə çatdırıram ki,  26 oktyabr 2016-cı il tarixli müvafiq əmrə əsasən, Azərbaycan Dillər Universitetinin İnformasiya Departamentinin müdiri vəzifəsinə təyin olunmuşam. Sizinlə yenidən əməkdaşlıq etməkdən məmnunluq duyuram.

Əminəm ki, təmsil etdiyim ali təhsil müəssisəsinin fəaliyyətinin ictimaiyyətə çatdırılması istiqamətində əməkdaşlığımız faydalı olacaq. Bu yolda sizin hər birinizdən dəstək gözləyirəm.

Eyni zamanda bildirirəm ki, Azərbaycan Dillər Universitetinin fəaliyyətinə dair bütün suallarınızı hər zaman cavablandırmağa hazırıq".