XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2016 - 10:34

Azərbaycanda “Twitter” –dən istifadədə çətinlik yaranıb

Telefon 65

Azərbaycanda "Twitter" sosial şəbəkəsinin xidmətlərindən istifadədə çətinliklər yaranıb.

Çətinliklər Bakı vaxtı ilə 10:00 radələrindən müşahidə olunur. "Downdetector" monitorinq resursu problemin olduğunu təsdiqləyib. (APA)

 Bununla yanaşı, "Twitter"in "Facebook" sosial şəbəkəsindəki rəsmi akkauntunda problemlə bağlı istifadəçilərin şikayətləri yer almaqdadır.

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzindən "APA-Economics"ə bildirilib ki, problem şirkət daxilindədir. 20 dəqiqə sonra problem aradan qaldırılıb və sosial şəbəkədən tam istifadə etmək mümkündür.

Şirkət problemin səbəbini açıqlamır.