XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 November 2016 - 18:49

Jurnalist Zabil Müqabiloğlu xəstəxanaya yerləşdirildi –Qida borusunda damar partlayıb

zabil-muqabilogluu

Bu gün səhər saatlarında tanınmış jurnalist Zabil Müqabiloğlu 1 saylı Şəhər Kliniki Xəstəxanasının ("Semaşko") reanimasiya şöbəsinə yerləşdirilib. 

Bu barədə jurnalistin yaxınları məlumat verib. 

Strateq.az xəbər verir ki, 1 saylı Şəhər Kliniki Xəstəxanadan Zabil Müqabiloğlunu müalicə edən həkimin Pia.az-a verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti sabit ağırdır. 

Həkimin bildirdiyinə görə, Zabil Müqabiloğlunun qaraciyərində bərkimə yarandığı üçün qan dövranında problem yaranıb və xəstənin qida borusunda vena partlayıb. Hazırda qanaxmanın durdurulduğunu bildirən həkim qeyd edib ki, təkrar qanaxma yaranarsa, bu, xəstənin həyatı üçün təhlükəli ola bilər.

Xatırladaq ki, Zabil Müqabiloğlu uzun illər boyu "Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu "Gunxeber.com” saytına rəhbərlik edib.