XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2016 - 16:38

KİV-ə senzura tətbiq olunacaq –"Hərbi vəziyyət haqqında" yeni qanuna görə...

meclis-1

Azərbaycanda hərbi vəziyyət zamanı hərbi vəziyyət tətbiq edilən ərazidə kütləvi informasiya vasitələri üçün xüsusi fəaliyyət rejimi tətbiq ediləcək.

Bu, yenidən hazırlanmış "Hərbi vəziyyət haqqında" qanun layihəsinin 10.1.23-cü maddəsində əksini tapıb.

Maddəyə əsasən hərbi vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, qanuni əsaslar olduqda onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi nəzərdə tutulur.

Kütləvi informasiya vasitələrinin məlumatlarının və materiallarının hərbi senzuradan keçirilməsi, bu məqsədlə hərbi senzura orqanlarının yaradılması, sosial media, elektron yazışma, telefon və radio danışıqlarına nəzarətin həyata keçirilməsi nəzərdə tutulur.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

APA