XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Noyabr 2016 - 21:40

Azərbaycan və İran  KİV-lərinin əməkdaşlığına dair sənəd imzalanıb –Razılaşma

eflatun-iran

Azərbaycan və İran  KİV-lərinin əməkdaşlığına dair sənəd imzalanıb.

Sazişi Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və İranın İslami İrşad və Mədəniyyət Nazirliyinin  Mətbuat işləri üzrə idarəsinin rəis müavini Hüseyn İntizmi  imzalayıb.

Sazişdə iki ölkənin KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında razılıq əldə olunub. Sazişə görə, KİV-lər istehsal etdikləri məhsulların birbaşa mübadiləsini həyata keçirəcəklər.  

Razılaşdırılıb ki, məhsulların mübadiləsi pulsuz həyata keçirilsin. Hər iki ölkənin mətbuat orqanları qarşı tərəfdən alınan xəbər və ya digər məhsulu mənbə göstərməklə öz KİV-ində dərc edəcək.

APA