XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Noyabr 2016 - 10:50

“525-ci qəzet” 24 yaşına çatdı

 

525

 

Bu gün müstəqil Azərbaycan mətbuatının ilk nümunələrindən olan "525-ci qəzet"in yaranmasının 24-cü ildönümüdür.

1992-ci il noyabrın 17-də qeydiyyatdan keçmiş qəzetlərin siyahısında 525-ci olan nəşr bu ad altında fəaliyyətə başlayıb. Hazırda isə "525-ci qəzet"in adı ilk sıralarda çəkilir. Vaxtilə karyeralarına "525-ci qəzet"də başlayanlar hazırda bir çox aparıcı qurumlarda çalışırlar.

“525-ci qəzet”in baş redaktoru tanınmış yazıçı-jurnalist Rəşad Məciddir. O, 1995-ci ildən qəzetə rəhbərlik edir.

Strateq.az "525-ci qəzet"in yaranmasının 24-cü ildönümü münasibətilə qəzetin kollektivini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır.