XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Noyabr 2016 - 12:41

MTRŞ-nın sədr müavini:“Azərbaycan efirində qadınlarla bağlı çox yaxşı verilişlər yayımlanır”

 

MTRŞ

“Azərbaycan televiziy­alarında qadınlarla ba­ğlı müntəzəm olaraq verilişlər, proqramlar yayımlanır. Azərbaycanda son ill­ər çəkilən seriallard­a da cəmiyyətdə olan ­bütün məqamlar, analarımız­ın, bacılarımızın prob­lemləri öz əksini tapır”.

Bunu “Qadınlara qarşı zorakılığa YOX deyək” mübarizə Konsepsiyasına həsr olunmuş konfransda Milli Televiz­iya və Radio Şurasını­n sədr müavini Qafar Cəbiyev­ deyib.

O bildirib ki, Azərbaycanda serial çəkilişləri yeni olduğu üçün son illər çəkilən bütün serialların yüksək səviyyədə işlənilib təqdim olunduğunu demək olmaz: “Əlbəttə, bu giriş, başlanğıc idi, müəyyən problemlər var idi. Əsas odur o seriallarda biz özümüzük”.

Sədr müavini qeyd edib ki, Azərbaycan cəmiyyəti­ndə ailə institutu ifadəsinin mə­na və məzmun yükü digər ölkələrlə müqayisədə dah­a ağır və samballı sə­slənir: “Qadının cəmiyyətdə r­olunun ifrat dərəcədə şişirdilməsini­n, onların qarşılaşdıqları çətinliklərin dramatikləşdirilmə, reallıqdan daha uzaq formada cəmiyyətə təqdim edilməsinin, mediaya çıxarılmasının əleyhinəyəm. Azərb­aycan efirində qadınlarla bağlı çox yaxşı verilişləri gedir. Bu gün Azərbaycanda ­fəaliyyət göstərənlər­in yarıdan çoxu qadın­lardır”. (Report)