“Bu gün artıq 4 –cü aydır ki, ANS-in yayım lisenziyası dayandırılıb və biz yayıma çıxmırıq. Xəbərlərimizlə əziz Azərbaycanımızı məlumatlandıra bilmirik. Hamımız bir nəfər kimi pozitiv qərarı gözləyirik…İnşallah”
Strateq.az bildirir ki, bu sözləri ANS TV-nin təsisçisi Vahid Mustafayev özünün profilində yazıb.
O qeyd edib ki, bu vaxt ərzində boş oturmayıblar və “BALANS” milli animasiya studiyasında cizgi filmləri hazırlayıblar. Bu filmlər müxtəlif yaş kateqoriyası olan uşaqlar üçün nəzərdə tutulub.