XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2016 - 14:36

“”MİR” telekanalı və “Bakinski raboçi” qəzeti bağlansın!” –Deputatdan tələb

fazil-esas

Millət vəkili Fazil Mustafa Azərbaycanda fəaliyyət göstərən bir sıra rusdilli media orqanlarının bağlanılmasını təklif edib.

Millət vəkili Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı "MİR" telekanalı və "Bakinski raboçi" qəzetinin fəaliyyətinə kəskin etiraz edib.

F.Mustafa deyib ki, "MİR" telekanalı Azərbaycanda yayımlansa da, amma bir dəfə də olsun öz efirində Azərbaycanın Dağlıq Qarabağ problemindən bəhs olunmayıb:

"Baxmayaraq ki, bu televiziya kanalını Azərbaycan maliyyələşdirir. Amma bir dəfə də olsun ki, orada Qarabağ, Xocalı ilə bağlı süjetlərin efirə getdiyini görməmişik. Belə olan halda, onun yayımlanmasına nə ehtiyac var?

Eyni zamanda "Bakinski raboçi" qəzeti illərdir Azərabaycanda çap olunur. Hansı ki, onun tarixi Çar Rusiyasının dövrünə gedib çıxır. Qəzetin bizimlə heç bir bağlılığı olmayıb. Təsəvvür edin ki, onun iki redaktoru erməni olub. Onlardan biri də xalqımızın qatı düşməni olan Şaumyan olub. İndi biz xalqımızın qatı düşməni olan Şaumyanın irsinimi davam etdiririk? Bu qəzetə dövlət büdcəsindən pul ayrılır. Ona bu qədər pul ayrılmasına nə ehtiyac var?".

olke.az