XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

02 Dekabr 2016 - 16:38

Baş Prokurorluqdan sayt rəhbərinə –Xəbərdarlıq

BAş Prokuror

Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq edib.

Bu barədə qurumun mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, “Politika.az” xəbər portalında müxtəlif başlıqlı məqalələrdə təbii qaz və elektrik enerjisinin satış qiymətlərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif Şurasının 28 noyabr 2016-cı il tarixli qərarına ölkə ictimaiyyətinin guya etiraz etməsi barədə məlumatlar yerləşdirilməklə, cəmiyyətdə çaşqınlıq yaradılmasına xidmət edən həqiqətə uyğun olmayan informasiyalar dərc edilib:

"Tarif Şurasının qeyd edilən qərarından sui-istifadə edən “Politika.az” xəbər portalı yaydığı informasiyalarda “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərini kobud surətdə pozaraq ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salmağa cəhd edib. Belə ki, həmin informasiyalarda Tarif Şurasının qərarının əhalinin iqtisadi vəziyyətinin pisləşməsinə xidmət etməsi, yaxın günlərdən etibarən ərzaq və digər məhsulların, eləcə də xidmətlərin qiymətinin qalxmasının qaçılmaz olması xüsusi qeyd edilməklə, vətəndaşların kütləvi şəkildə aksiyalarda iştirakı üçün açıq şəkildə təhrikedici mövqe nümayiş olunub.

Göstərilənlərlə əlaqədar xəbər portalının rəhbəri Baş Prokurorluğa dəvət edilmiş, reallığa uyğun olmayan, qərəzli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq olaraq gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir".