XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2016 - 15:45

“Kimisə şantaj ediblərsə,…” –"Azərbaycan" Nəşriyyatından "reket mətbuat"la bağlı açıqlama

azerbaycan-nesriyyati

"Tutulan şəxslərin "reket"liklə məşğul olması sübut olunubsa, deməli, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının əməliyyat keçirməsi doğru addımdır".

Strateq.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan" Nəşriyyatının direktor müavini Rauf Cəfərov deyib.

O qeyd edib ki, "reket" jurnalistlərlə bağlı məsələ dövlət orqanlarının araşdıracağı işdir: "Kimisə şantaj ediblərsə, onların məsuliyyətə cəlb edilməsi doğru addımdır. Onlarla münasibətim olmayıb, tanlışlığım da yoxdur".

R.Cəfərov "reket" jurnalistlərin daha çox Azərbaycan Nəşriyyatının binasında fəaliyyət göstərməsi ilə bağlı iddialara da münasibət bildirib: "Azərbaycan Nəşriyyatı yer kirayələyən şəxslərin daxili işlərinə qarışmır. Onlar müqavilə əsasında ofis kirayələyirlər, daxili işlərinə qarışa bilmərik. Onların nə iş gördükləri ilə bağlı məlumatımız yoxdur".

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir neçə gün öncə keçirdiyi əməliyyat nəticəsində "Bizim dövr" və "Gündəlik Bakı" qəzetlərinin baş redaktorları və digər şəxslər saxlanılıb.