XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2016 - 18:15

“Euronews”un əməkdaşları etraza qalxdı –Bəyanat

evronyus

"Euronews" telekanalının əməkdaşlarına Rusiya və Türkiyəni tənqid etmək qadağan edilib.

Strateq.az xəbər verir ki, nəticədə jurnalistlər "Euronews" rəhbərliyinə etibarsızlıq ifadə edən bəyanat qəbul ediblər.

"Biz rəhbərlikdə təmsil olunan, Ukraynada korrupsiyada ittihamlanan oliqarx Dmitri Firtaşa, Konqonun prezidenti olmuş Denis Sassou-Nquessoya necə etibar edə bilərik?!", – deyə bəyanatda qeyd edilir.

Araşdırmalara görə, "Euronews" jurnalistləri və ekspertlərinin cəmi 70,4%-i şirkətin rəhbərliyin' etibar edir. 2015-ci ildə misirli milyarder Naqib Saviris "Eugonews"un nəzarət səhmləri payının 53%-ini əldə edib.

Bu yaxınlarda isə "NBC News" səhmlərinin 15 və ya 30%-ini əldə etmək niyyətini açıqlayıb. Bununla belə, N.Saviris əsas səhmdar kimi qalmaq niyyətindədir.

M.Rzasoy